“Apple” “Telegram”ın “App Store”dan silinməsinin səbəbini açıqladı

“Apple” “Telegram”ın “App Store”dan silinməsinin səbəbini açıqladı
Kateqoriya məlum deyil
T

"Appl"e şirkəti "Telegram" messencerinin "App Store"dan qısa müddətə silinməsinin səbəbini açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, tətbiqin yoxlanışı zamanı uşaqların cinsi istismarı ilə bağlı materialların yerləşdirilməsini qadağan edən qaydaların pozulmasına səbəb olan məzmun aşkarlanıb. Bu səbəbdən "Telegram" müvəqqəti olaraq App Store-dan silinib.

"Apple" bildirib ki, messencerin tərtibatçıları qadağan olunmuş məzmunu operativ şəkildə silib, onu paylaşan istifadəçini bloklayıb. Bundan sonra tətbiq yenidən App Store-da istifadəyə verilib.

Xatırladaq ki, avqustun 4-də Telegram-ın App Store-dan yoxa çıxdığı barədə məlumat yayılıb, bir müddət sonra isə tətbiq yenidən yükləmək üçün əlçatan olub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR