Hüseyn Həsənov qiyabi olaraq dörd il həbs cəzasına məhkum edildi

Hüseyn Həsənov qiyabi olaraq dörd il həbs cəzasına məhkum edildi
Kateqoriya məlum deyil
T

Moskvanın Presnenski Rayon Məhkəməsi Azərbaycan əsilli bloger Hüseyn Həsənovu çirkli pulların leqallaşdırılması işi üzrə qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.

Sfera.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, blogerə məxsus Presnenski rayonunda yerləşən və dəyəri 46 milyon rubl olan qeyri-yaşayış sahəsi dövlətin xeyrinə müsadirə ediləcək.

İstintaq materiallarına görə, Hüseyn Həsənov 2019–2021-ci illərdə dövlət büdcəsinə 175 milyon rubl məbləğində vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlak alınması yolu ilə leqallaşdırılıb.

Eyni zamanda qeyd olunur ki, bloger sonradan Federal Vergi Xidməti qarşısındakı borcunu tam ödəyib. Bu səbəbdən ona qarşı vergidən yayınma ittihamına xitam verilib.

Məlumata görə, Hüseyn Həsənov hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Bloger özü çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov vergi borcunu çoxdan bağlayıb və ümumilikdə dövlət büdcəsinə təxminən 300 milyon rubl ödəyib.

Qeyd edək ki, dövlət ittihamçısı Hüseyn Həsənova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi./qaynarinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR