“Apple” “Telegram”-ı qısa müddətlik “App Store”-dan sildi – SƏBƏB

“Apple” “Telegram”-ı qısa müddətlik “App Store”-dan sildi – SƏBƏB
Kateqoriya məlum deyil
T

“Apple” məşhur mesajlaşma platforması “Telegram”-ı uşaqlara qarşı cinsi istismar materialları ilə bağlı qaydaların pozulması səbəbindən qısa müddətlik “App Store”-dan silib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, tətbiq bazar ertəsi gecə saatlarında “iPhone” və “iPad”istifadəçiləri üçün “App Store”-dan müvəqqəti olaraq çıxarılıb.

Məlumata görə, “Apple” ABŞ mediasına açıqlamasında bildirib ki, aparılan yoxlama zamanı “Telegram”platformasında şirkətin uşaqlara qarşı cinsi istismar materiallarını qadağan edən siyasətini pozan məzmun aşkarlanıb.

Qeyd olunub ki, “Telegram” həmin məzmunu operativ şəkildə silib və onu paylaşan istifadəçinin hesabını bloklayıb. Bundan sonra tətbiq yenidən “App Store”-da istifadəyə verilib.

Hadisəyə münasibət bildirən “Telegram” isə X sosial şəbəkəsində paylaşım edərək, “Öldüyümə dair yayılan xəbərlər həddindən artıq şişirdilib”, - ifadəsini işlədib.

Şirkət “Apple”ı işarələdiyi digər paylaşımında isə “Ümid edirik ki, gələcəkdə bu yanaşma mağazadakı bütün tətbiqlərə eyni şəkildə tətbiq olunacaq, elə deyilmi?” sualını ünvanlayıb.

Xatırladaq ki, Rusiya iyunun 30-da “Telegram”-ın təsisçisi və baş icraçı direktoru Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib.

Bundan başqa, Avstraliyanın İnternet Təhlükəsizliyi Komissarlığı da terrorla əlaqəli məzmunu platformadan silmədiyi iddiası ilə “Telegram”-a qarşı məhkəmə iddiası qaldırıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR