"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..."
"Əzraillə üz-üzə qalmışam. Ona deyirəm ki, sənin dediyin olmayacaq. Özüm bildiyimi edəcəyəm". Sfera.az xəbər verir ki, bunu "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri, 77 yaşlı Murad Rzayev deyib. Sənətçi 80 illik yubileyinə hazırlaşdığını və bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdiyini bildirib. Murad Rzayev hələ də kirayədə yaşadığını, öz mənzilinin olmadığını deyib: "Adam deməyə utanır, amma illərdir kirayədə qalıram. Bakının elə yeri olmadı ki, orada kirayə qalmayım. Deyəsən,