Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ
Kateqoriya məlum deyil
T

Oktyabr ayının başlaması ilə bu ayda bürcləri nələrin gözlədiyi maraq doğurur.

Payızın ikinci ayında bürcləri müxtəlif astroloji dəyişikliklər və planetlərin hərəkəti ilə bağlı fərqli proseslərin gözlədiyi bildirilib. Xüsusilə ay ərzində baş verəcək retroqradlar və digər astroloji hadisələr bürclərin həyatının müxtəlif sahələrinə təsir göstərə bilər.

Bəs oktyabr ayında bürcləri hansı dəyişikliklər gözləyir? Astroloji baxımdan hansı bürclər üçün ay daha fərqli keçə bilər?


Bu haqda astroloq Aytən Salami Sfera.az-a açıqlama verib. O, oktyabr ayının gərgin aylardan biri olduğunu vurğulayıb:


“Çünki oktyabr ayında bizi iki böyük retro gözləyir. İki çox önəmli planetin retrosu var və hər ikisi Əqrəb bürcündədir. İlk olaraq oktyabrın 3-də Əqrəb bürcündə Venera planeti retroya başlayır. Venera münasibətlər və maddiyyatla bağlı planet olduğu üçün ümumilikdə bu dönəmlərdə, yəni oktyabr ayında maddi və münasibətlərlə bağlı mövzulara diqqət etmək lazımdır. Çünki münasibətlərdə və maddiyyatda krizlər, problemlərlə üzləşmək ehtimalı çoxdur. Eyni zamanda estetik baxım və yaxud gözəlliklə bağlı hər hansı bir prosedur etmək məsləhətli deyil”.


Astroloq eyni zamanda oktyabrın 10-da Tərəzi bürcündə yeni ay baş verəcəyini və oktyabrın 26-da isə Buğa bürcündə dolunay olacağını açıqlayıb:


“Ümumilikdə oktyabr ayı dəyişkən, dönüşümlü, çətin, enişli-yoxuşlu bir aydır. Nəyə diqqət etmək lazımdır? Bütün bunlar hamıya şamil olunur. Maddi mövzulara diqqət etmək, bədxərclik etməmək lazımdır. Hər hansı bir estetik prosedur etmək məsləhətli deyil. Eyni zamanda, məsələn, hər hansı bir toy, nişan və belə mərasimlərin keçirilməsi də məsləhətli deyil, əgər zəruri deyilsə və əvvəldən planlaşdırılmayıbsa. Eyni zamanda Merkuri retrosu olduğu üçün daha çox sənəd işlərinə, imzalı işlərə, danışığa, sözləşmələrə və mesajlaşmalara diqqət etmək lazımdır. Daha çox keçmişə yönəlmək, keçmişdən yarımçıq qalmış mövzuları gözdən keçirmək və onları bitirmək daha məsləhətlidir”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR