Bill Qeyts süni intelektin riskli tərəflərini açıqladı

Bill Qeyts süni intelektin riskli tərəflərini açıqladı
Kateqoriya məlum deyil
T

"Microsoft"un qurucusu, milyarder Bill Qeytsin fikrincə, süni intellektin riskləri onun faydalarından daha tez ortaya çıxa bilər.

O hesab edir ki, lazımi tədbirlər görülmədiyi təqdirdə bioloji, kiber və psixososial risklər süni intellektin təmin edəcəyi faydalardan daha sürətli şəkildə ortaya çıxacaq.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Qeyts ABŞ-da süni intellektin sürətli inkişafının yarada biləcəyi risklərlə bağlı narahatlıqların artdığını və sektor liderlərinin bu texnologiyanın inkişafının yavaşdılması yönündə çağırışlar etdiyini deyib.

Süni intellektin insan zəkasından fərqli olaraq bioloji məhdudiyyətlərə tabe olmadığına diqqət çəkən Qeyts, insan beyninin yaddaşının və fiziki potensialının məhdud olduğunu, lakin süni intellektin eyni məhdudiyyətlərə sahib olmadığını vurğulayıb. Qeyts, süni intellektin gələcəkdə insan zəkasını üstələyə biləcəyi ehtimalının narahatlıq doğurduğunu qeyd edərək, süni intellektdən daha az anlaşılan və nələr edə biləcəyinin bu qədər az bilindiyi başqa heç bir məhsulun olmadığını bildirib.

Süni intellektin yaratdığı risklərin təkcə gələcəklə bağlı olmadığını deyən Qeyts, mövcud sistemlərin belə pis niyyətli şəxslər tərəfindən bioloji və kiberhücumlar üçün istifadə edilə biləcək potensialda olduğunu vurğulayıb. Süni intellektin bioterror hücumlarında istifadə oluna biləcəyini, rəqəmsal və infrastruktur sistemlərini hədəf alan kiberhücumları asanlaşdıra biləcəyini iddia edən Qeyts, açıq kodlu modellərdə təhlükəsizlik tədbirlərinin sıradan çıxarıla bilməsinin də ciddi bir risk yaratdığı barədə xəbərdarlıq edib. O, gələcəkdə süni intellekt sistemlərinin özlərinə verilən əmrləri gözlənilməz formalarda şərh edərək insan mənafelərinə zidd hərəkət etməsi riskinin yarana biləcəyini də qeyd edib.

Sektorun özü-özünü yoxlamasına güvənə bilməyəcəyimizi deyən Qeyts, süni intellektin yaratdığı risklərlə bağlı məlumatlılığın texnologiya sektorundan kənarda olduqca aşağı olduğunu vurğulayıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR