Oktyabrda sevgi həyatında yeniliklər olacaq 3 bürc

Oktyabrda sevgi həyatında yeniliklər olacaq 3 bürc
Kateqoriya məlum deyil
T

Oktyabr ayında göy cisimlərinin hərəkəti bəzi bürclərin eşq həyatında mühüm dəyişikliklər yaradacaq. Astrologiyaya görə, bu ay xüsusilə üç bürc üçün romantika baxımından diqqətçəkən olacaq.

Sfera.az həmin bürcləri təqdim edir:

Qoç

Tərəzi Yeni Ayı Qoçların münasibətlər sahəsini aktivləşdirəcək. Uzun müddətdir subay olanlar üçün yeni və uyğun bir insanla tanışlıq ehtimalı artır. Şir bürcündəki Mars isə cəsarəti yüksəldəcək. Xoşladığınız şəxsə ilk addımı atmaq və hisslərinizi açıq ifadə etmək üçün əlverişli dövr olacaq. Lakin Venera retrosu səbəbilə tələsməmək və qarşı tərəfi daha yaxından tanımaq tövsiyə olunur.

Əkizlər

Əkizlər üçün oktyabr tanışlıq həyəcanını yenidən gətirə bilər. Dəvət, konsert və müxtəlif sosial mühitlərdə gözlənilməz tanışlıqlar yaşana bilər. Kiçik mesajla başlayan söhbət romantik münasibətə çevriləck. Ayın sonlarında isə anlaşılmazlıqların qarşısını almaq üçün mühüm məsələləri üz-üzə danışmaq daha məqsədəuyğun hesab olunur.

Xərçəng

Xərçənglər üçün eşq həyatında keçmişdən gələn bir insan yenidən gündəmə gələ bilər. Yarımçıq qalmış münasibətin bərpası və ya vaxtında yaşanmamış eşq hekayəsinin yenidən canlanması mümkündür. Bununla yanaşı, ayın sonlarında dost çevrəsindən yeni biri ilə tanışlıq da qalıcı münasibətin başlanğıcına çevrilə bilər./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR