"Əmrahın boynuna sarılacağımı xəyal edirdim, şəhid olduğunu eşitdim..." - Tanınmış aparıcı
"27 sentyabr, 2020 ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm ki, hardasan? Telefonun o başından xoşbəxt bir səslə - "Müharibə başladı, mən Horadizə gedirəm". Bir gözün ağlayıb, bir gözün gülməyinin nə demək olduğunu mən onda anladım”. Sfera.az bildirir ki, bunu tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, həmkarı Zülfiyyə Bayramova deyib. O qeyd edib ki, iki oğlu əsgərlikdə olan ananın bir gözü sevincdən gülsə də, digər gözü "birdən