4 ay öncə evlənən “Sadakatsiz”in ulduz aktyoru xəyanətə uğradı - Keçmiş həyat yoldaşı dəstək oldu

Maqazin
10:50 / 06.10.2021
1145
"Sadakatsiz” serialının baş rol aktyoru Burak Sergen xəyanət uğrayıb.
Sfera.az bildirir ki, bir müddətdir həyat yoldaşı Nihan Ünsaldan şübhələnən aktyorun əlinə faktlar keçib. Belə ki, Nihan izmirli bir iş adamı ilə eyni evə girərkən görüntülənib.
Boşanmaq üçün məhkəməyə müraciət etməyi düşünən Sergenə ilk dəstək keçmiş həyat yoldaşından gəlib. İşıl Sergen sosial media hesabında bununla bağlı paylaşım edib. "Oğlumun atasının bu vəziyyətdən güclü şəkildə çıxacağına əminəm”, - deyə o əlavə edib.
Xatırladaq ki, 60 yaşlı Burak Sergen və 32 yaşlı Nihan Ünsal 4 ay əvvəl nikah masasına oturmuşdu.
Türkan
Sfera.az