Logo

Murad Arifdən "Səs Azərbaycan"la bağlı tənqidlərə CAVAB: "Bu şou ideal olmayacaq"

Murad Arifdən "Səs Azərbaycan"la bağlı tənqidlərə CAVAB: "Bu şou ideal olmayacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəstəkar-müğənni Murad Arif münsifi olduğu "Səs Azərbaycan” verilişi  ilə bağlı tamaşaçıların tənqidinə cavab verib.

Sfera.az bildirir ki, ifaçı son illər Azərbaycan kanallarının keyfiyyəti dirçəltməyə, itirdikləri zövqü, tamaşaçıları, etibarı, o marağı geri qaytarmağa çalışdığını bildirib:

"Tamaşaçı isə təbii ki, skeptik, inamsız yanaşır, hər qüsuru qabardır, üzə vurur. Heç nə ideal deyil. "SƏS" şousu da həmçinin ideal olmayacaq. Suallar çoxdur – Bu niyə ordadı?; Bu niyə belə geyinib?; Bu nə şitlikdir?; Bu qıza niyə dönmədilər?; Bunu niyə çıxartdılar? və.s".

O qeyd edib ki, televiziyalara qonşu ölkələrin efir təcrübəsi, efir effekti ilə müqayisə edib, önyarğısız baxmaq çətindir:

"Amma, vacib bir məqam var. Özümüzü dəstəkləməsək, özümüzə inanmasaq, baxmasaq, özümüzünküləri sevməsək, kənardan bunu edən olmayacaq”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR