Tolik çoxdan ayrıldığı Xəzər TV-dən indiyə kimi maaş almağa davam edib - AÇIQLAMA

Tolik çoxdan ayrıldığı Xəzər TV-dən indiyə kimi maaş almağa davam edib - AÇIQLAMA
Prodüser Tarix Əliyev (Tolik) aparıcı kimi çalışdığı Xəzər TV-dən ayrılıb.
 
Sfera.az bildirir ki, bu barədə Tolik özü məlumat verib. O, 5 ilə yaxındır çalışdığı kanaldan öz ərizəsi ilə uzaqlaşdığını qeyd edib:
 
"Baxmayaraq ki, Murad Dadaşov vəzifəyə gələn ilk gün "Hər şey daxil” verilişi bağlandı, amma mən bugünə qədər "Xəzər” kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı aldım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım”.
 
Prodüser həmçinin bəzi həmkarlarına da səslənib:
 
"Təsadüfən efirdə qısa müddətli olan "aparıcılar”, əlinizə xına çəkməyə tələsməyin. Sevinciniz çox çəkməz. Əkizlər bürcü hər zaman istədiyinə nail olmağı bacarır”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR