Logo

Bu filmi izləyənlərin ürəyi getdi: Xəstəxanalıq oldular - FOTO

Bu filmi izləyənlərin ürəyi getdi: Xəstəxanalıq oldular - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Antalya Altın Portakal” film festivalında görülməmiş hadisə yaşanıb.

Sfera.az bildirir ki, Audrey Divanın maraqla gözlənən "Happening” filmi krizə səbəb olub.

Belə ki, festivalda filmi izləyənlərdən 2 nəfərin  halı pisləşib və xəstəxanaya yerləşdiriliblər.

Filmin elə ilk dəqiqələrində real səhnələrə görə izləyicilərin səhhətinin pisləşdiyini görən səlahiyyətli şəxslər filmi bir saatdan sonra dayandırmaq məcburiyyətində qalıb.

Ardınca film yenidən tamaşaçılara təqdim edilsə də, ürəyi gedənlər olduğu üçün yayımına ara verilib. Bundan öncə, filmi izləyənlərdən bir neçəsi zalı yarımçıq tərk edib. Buna baxmayaraq, kinonun təqdimatı 21:25-də bitib. Məlumata görə, filmin Venesiyadakı təqdimatında da halı pisləşənlər olub.

Qeyd edək ki, "Happening” filmində 60-cı illərin sonunda Fransada istəmədiyi hamiləliyi sonlandırmaq istəyən Annanın mübarizəsindən söhbət gedir.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR