Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Sfera.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimdə dövlət, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir. Qeyd edək ki, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də doğulub. Sənətçi,