Aşıq Telli Borçalı sənətdən gedib?

Aşıq Telli Borçalı sənətdən gedib?
Kateqoriya məlum deyil
T

Aşıq Telli Borçalı mərhum qardaşının ölümündən sonra tədbirlərdə görünmür. Onun efirlərdən uzaq düşməsi bəzi dedi-qodulara səbəb olub.

Sfera.az bildirir ki, sosial şəbəkələrdə gəzən informasiyaya görə, Telli Borçalı sənətdən ayrılıb. Xanım aşığın bundan sonra səhnəyə çıxmayacağı deyilir.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Qaynarinfo-ya açıqlamasında Aşıq Tellinin səhnədən uzaqlaşması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib:

"Məhərrəmlik ayıdır, həm də yaydır. Hamı istirahətdədir. Mən heç vaxt imkan vermərəm ki, Telli xanım sənətdən getsin. Birlik niyə belə aşığı itirməlidir? Bizim tədbirlərimizə qatılır. Təkcə Telli xanım deyil, bu saat ortada heç bir aşıq yoxdur".

Qeyd edək ki, bir müddət öncə Aşıq Tellinin qardaşı Ataxan Qurbanov dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR