SİRLƏR AÇILIR: “Lotu Quli“nin ölüm sifarişi necə verilib?
Rusiya mətbuatı "qanuni oğru", “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı yeni məlumat yayıb. Belə ki, Lotu Qulinin öz rəqibi, Rafiq Masallılı kimi tanınan Rafiq Eyvazovun sifarişi ilə öldürüldüyünə dair yazılar dərc edilir. Bu, həmin şəxsdir ki, Lotu Qulinin tapşırığı ilə qulağı kəsilib. Başqa sözlə, Nadir Səlifov onun qulağını, o da Nadir Səlifovun ömrünü kəsdi. “Əməliyyatın maliyyələşdirilməsində hətta Rövşən Lənkəranskinin adamlarının da adı çəkilir", -deyə "Rosbalt" yazır.