Rəşid Behbudovdan qalan bahalı brilyantları BU ŞƏXS OĞURLADI - TƏFƏRRÜAT
"Space TV"nin sabiq direktoru, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq olub. Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni 1981-ci ildə Şirvan şəhərində anadan olmuş İrina Vatolina adlı qadın törədib. O, 2022-ci ilin avqust ayında xadimə işlədiyi Kamil Şahverdinin Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilindən oğurluq edib.