Logo

İcra başçısının qardaşının intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

İcra başçısının qardaşının intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun intiharı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, iyulun 26-sı saat 17 radələrində Kürdəmir rayonu, Pirəköçə kənd sakini 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılmış atəş nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti açıqlama yayaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR