Qubad İbadoğlunun saxta 40 min dolları satmaq istədiyi Anar Əliyev kimdir? - Qızı danışdı

Qubad İbadoğlunun saxta 40 min dolları satmaq istədiyi Anar Əliyev kimdir? - Qızı danışdı

Türkiyənin AK Partiya iqtidarına yaxın "Yeni Şafak" saytı Azərbaycandakı FETÖ həbslərindən yazıb. 

 

Sfera.az-ın məlumatına görə, "Yeni Şafak" saytında qeyd olunur ki, saxlanılanlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

 

"Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istədikləri müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, tədris mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib", -  "Yeni Şafak" yazıb.

 

Dünən, 23 iyul tarixində saxlanılan Qubad İbadoğlunun qızı Jalə Bayramova atasının saxlanılması ilə bağlı bir sıra açıqlamalar verib.

 

Jalə Bayramova qeyd edib: "Ofisin içindən guya 40 min dollar pul çıxarıblar, pulun saxta və ya gerçək olduğu bilinmir. Təbii ki, onu özləri yerləşdiriblər". 

 

Jalə Bayramova daha sonra atasının xəstə olduğunu, dərmanları ona çatdıra bilmədiklərini qeyd edib: "Atam xəstədir, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2-dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq". 

 

Jalə Bayramova həmçinin bildirib ki, Qubad İbadoğlu xəbərdə adı çəkilən Anar Əliyevə saxta dollar satmaqda ittiham olunur.


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...