Evdən asılmış qadın meyiti TAPILDI
Kateqoriya məlum deyil
Cəlilabad rayonunda evdən asılmış qadın meyiti aşkar edilib.
Sfera.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, Rəqsanə Mirişovanın meyiti həmin küçədə evlərdən birində asılmış vəziyyətdə tapılıb. Hadisənin intihar olub-olmaması dəqiq deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.






