"481 min manat vətəndaşlara verilməyib" - Vilyam Hacıyevin məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Sfera.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sənəndlərin tədqiqi davam etdirilib.

 

İcra hakimiyyətinin fəaliyyəti ilə bağlı keçirilən yoxlamalarla bağlı aktda qeyd edilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə 356 vətəndaşın adı DOST mərkəzinə işlə təmin edilən şəxs kimi yazılsa da həmin şəxslər üzürsüz səbəblərdən işə çıxmayıb, adlarına əmək haqqı yazılıb. Bu müddət ərzində həmin şəxslərin adına 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib.

 

Akta görə, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə 1 milyon manat vəsait köçürüldüyü halda, həmin məbləğlər təyinatı üzrə xərclənməyib.

 

Bununla yanaşı, İmişli rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinin 118 min manat ayrılıb. Lakin, aparılan araşdırmalar zamanı bu məbləğlər düzgün xərclənməyib.

 

Aparılan tikinti işlərinə sərf edilən tikinti materiallarına sertifikatlar tələb olunmayıb.

 

Məsələyə etiraz edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, aktlardakı məbləğlər seçmə üsulu ilə aparılıb və bu da əsas götürülə bilməz.

 

"Burada söhbət böyük məbləğlərdən gedir. Mütəxəssisi ona görə bura dəvət etmək istəyirdim ki, bu rəqəmlərə aydınlıq gətirsin. Aşkarlanan mənimsəmə faktlarının konkretləşdirilməsi üçün anbarlara baxış keçirilməli, aşkarlanan yeyinti faktları dəqiq hesablanmalıdır. Bu rəqəmlər Cəmil Musayevin izahatları əsasında yazılıb. Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib", - vəkil bildirib.

 

Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

 

Proses iyunun 17-nə təyin olunub.


OXŞAR XƏBƏRLƏR

Vitaminlər və qida əlavələri qəbul etməyin 5 təhlükəli yan təsiri

Vitaminlər və qida əlavələrinə resept tələb olunmadığı üçün insanların çoxu onların zərərsiz olduğunu düşünür.   Sfera.az bildirir ki, "The New ...

Azərbaycanda şoumenin ölüm xəbəri yayıldı - YENİLƏNDİ

4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib.   Sfera.az xəbər verir ki, koma halında Qu...

Qazaxda Kür çayının daşması fəsadlar yaratdı

Kür çayının Qazax rayon ərazisindən keçən hissəsində çayın məcrasından çıxması Aşağı Salahlı və Orta Salahlı kəndlərində əkin sahələrində fəsadlar törədib. &...

“Neftçi” “Kəpəz”i darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.   Sfera.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.   “Neftçi&rdq...

Yunanıstan sahillərində uçan gəmi göründü - FOTO

Yunan adaları arasında üzən “Axilleas” yük gəmisi sanki üfüqün üstündə havada üzüb. Yerli fotoqraf Nontasom Kalogyan bu heyrətamiz mənzərəni kameray...

“Eurovision 2024”ün ikinci yarımfinalı kişi striptizi ilə yadda qaldı - FOTOLAR

“Eurovision 2024” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Şənbə günü axşam Malmö Arenada (İsveç) finala yüksələcək 10 iştirakçı müəyyənlə...