DTX-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirildi - FOTOLAR

DTX-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir müstəqil Azərbaycanın qurucusu, çağdaş dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Sfera.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Xidmətin şəxsi heyətinin iştirakı ilə DTX-nin akt zalında təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

 

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev geniş nitqlə çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər salıb, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulayıb, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib. General-polkovnik Əli Nağıyev bildirib ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.

 

Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırıb.

 

Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə - DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib.

 









OXŞAR XƏBƏRLƏR

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix AÇIQLANDI

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.   Sfera.az xəbər verir ki, bunu “Report”a...

Tayvanın yeni prezidenti: “Zorbalığı dayandırın"

Tayvanın yeni prezidenti Lai Qingde bu gün prezident aparatının qarşısında ilk çıxışını edib. O, Çinə üz tutaraq rəsmi Pekini ölkəsini qorxutmağı dayandırmağa ç...

Dəniz mənzərəli bu iş üzrə vakansiya namizədlər arasında rekord qırdı

Almaniyada mayak gözətçisi vəzifəsi üçün müsabiqə elan edilib. Vakansiya üzrə 1100 nəfər müraciət edib.   Sfera.az bildirir ki, Almaniyada, Şima...

ABŞ Rəisinin ölümü ilə əlaqədar başsağlığı verdi

ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə  bu barədə Dövlə...

Bu şəxslərin əməkhaqqına 50 faiz əlavə olunur - RƏSMİ

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur.   Sfera.az bildirir ki, bununla bağlı Re...

Ukrayna müharibənin sülhlə bitməsi üçün sənəd hazırlayır - Rusiyadan İDDİA

Rusiya Federasiyası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko bildirib ki, Ukraynada Rusiya ilə müharibənin danışıqlarla bitəcəyini a...