Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. 

 

Sfera.az xəbər verir ki, Bizim.Media məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

 

Penitensiar Xidmətin mətbuat katibi Tanrıverdi Mustafayev cavab olaraq bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir:

 

“Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır”. 

 

O qeyd edib ki, Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur:

 

“Həbs edilmiş şəxslərə həftədə bir dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər”.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərin əməkhaqqına 50 faiz əlavə olunur - RƏSMİ

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur.   Sfera.az bildirir ki, bununla bağlı Re...

Ukrayna müharibənin sülhlə bitməsi üçün sənəd hazırlayır - Rusiyadan İDDİA

Rusiya Federasiyası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko bildirib ki, Ukraynada Rusiya ilə müharibənin danışıqlarla bitəcəyini a...

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır. Bu hal isə bir çox hallarda istehlakçılarda çaşqı...

Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsi...

“B-17” təyyarəsi və pilotun qalıqlarını tapmağa çalışırlar - FOTO

1944-cü ildə ABŞ ordusunun “B-17 Flying Fortress” ağır bombardmançı təyyarəsinin qəzaya uğrayıb. İndi tədqiqatçılar pilotun vətənə qaytarılması və d...

Türkiyədə 1 günlük matəm elan edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarının vəfatı ilə bağlı ölkədə 1 günlük matəm elan edib.   Sfera.az xəbər verir ki, bu barədə &ldq...