Ukrayna savaşında YENİ CƏBHƏ İDDİASI: “Putin buna hazırlaşır” 

Ukrayna savaşında YENİ CƏBHƏ İDDİASI: “Putin buna hazırlaşır” 

Moskva müharibədə yeni cəbhə açmağa və Ukraynanın ikinci böyük şəhərini ələ keçirməyə hazırlaşır.

 

Sfera.az bildirir ki, bu barədə Qərb mediası iddia irəli sürüb. Bildirilib ki, Kiyev də hazır vəziyyətdədir.

 

Ukrayna Müdafiə Nazirliyi öz bəyanatında Xarkov vilayətində münaqişələrin intensivləşdiyini etiraf edib. Rusiyanın hücumlarının dəf edildiyini açıqlayan nazirlik, bölgəyə gücləndirmə qruplarının göndərildiyini vurğulayıb.

 

“Rusiyanın Ukraynanın şərqinə hücumları son həftələr intensivləşib. Təhlilçilər hesab edirlər ki, bu addım Qərbin hərbi yardımı cəbhə xəttinə çatmazdan əvvəl Kremlin taktiki qazanc əldə etmək niyyətini əks etdirir”, - Qərb mediası yazıb.

 

“Economist” jurnalı da Rusiya Prezidenti Vladimir Putinin Qərbin hərbi yardımı gecikdirməsini üstünlüyə çevirdiyini bildirib:

 

“Bölgədəki Ukrayna əsgərləri isə yaxınlaşan böyük Rusiya hücumuna hazırlaşır”.

 

Digər tərəfdən, Britaniyanın “BBC” telekanalı Ukrayna hərbi xadimləri ilə rus qüvvələrinin yaxın həftələrdə Ukraynaya yay hücumuna hazırlaşdığı və Xarkovu ələ keçirməyə çalışdığı iddiaları barədə danışıb.

 

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın sərhədyanı bölgələrdə vəziyyəti pisləşdirmək üçün resursları var, lakin Ukraynanın ikinci şəhərini ələ keçirmək bacarığı yoxdur.

 

Günay


OXŞAR XƏBƏRLƏR