Müharibə İsralin hərbi xərclərini artır – RƏQƏMLƏR

Müharibə İsralin hərbi xərclərini artır – RƏQƏMLƏR

Artıq yeddi aydır ki, davam edən müharibə İsrailin hərbi xərclərini xeyli artırıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu ilin aprelində İsrailin maliyyə-büdcə ili başa çatıb. 


2024-cü ilin büdcəsində 35,7 milyard dollar kəsir yaranıb ki, bu da son 16 ilin ən yüksək defisitidir. Büdcə kəsirinin belə yüksək olmasında İrail-Fələstin müharibəsinə görə xərclərin artmasının böyük təsiri olub. Məlumata görə, artan büdcə xərclərinin təxminən 66 faizi hərbi xərclərdəki artımdan qaynaqlanıb. 


İsrail Mərkəzi Bankının proqnozuna görə, müharibə ərzində İsrailin hərbi xərcləri 70 milyard dollara yaxın olacaq. Amma müharibə uzandığı təqdirdə xərclərin daha yüksək olması ehtimalı böyükdür. Buna görə də İsrailin müharibəni mümkün qədər tez bir zamanda yekunlaşdırmağa çalışdığı bildirilir. 


Qeyd edək ki, İsrailin bu ilin dövlət büdcəsinin xərc hissəsi 195 milyard dollardır. 2024-cü ilin büdcəsi qəbul ediləndə orduya 15 milyard dollar ayrılması nəzərdə tutulmuşdu. Amma müharibə bu xərcləri xeyli artırıb. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR