Yunanıstan sahillərində uçan gəmi göründü - FOTO

Yunanıstan sahillərində uçan gəmi göründü - FOTO

Yunan adaları arasında üzən “Axilleas” yük gəmisi sanki üfüqün üstündə havada üzüb. Yerli fotoqraf Nontasom Kalogyan bu heyrətamiz mənzərəni kameraya çəkə bilib. 

 

Sfera.az bildirir kiz, optik illüziya əslində “Fata Morgana” adlı ilğımdır və olduqca sadə izah olunur. Bu fenomen günəş atmosferi quru və ya dəniz üzərində qızdırdıqda baş verir: isti hava təbəqələri soyuq hava təbəqələrinin üstünə qalxır, bununla da işığı əyir və rəngləri dəyişir.

 

Mütəxəssislərin fikrincə, optik illüziyanı görmək üçün atmosfer şəraiti ideal olmalıdır. Bu quruda da görünür, lakin daha çox dənizdə müşahidə olunur.
Eyni zamanda “mirajlar” adlanan bu təbiət hadisəsi temperaturun dəyişməsi səbəbindən baş verir.


"Mirajlar temperaturun inversiyası adlanan xüsusi hava şəraiti nəticəsində yaranır. Soyuq hava isti havadan daha sıxdır, işığı yerdə və ya sahildə dayanan insanın gözlərinə doğru əyərək, uzaqdakı obyektin görünüşünü dəyişdirə bilər" deyə meteoroloq Devid Brain izah edir.

 

Yeri gəlmişkən, qədim əfsanəyə görə, dənizlərdə əbədi dolaşmağa məhkum olan 17-ci əsrin sirli xəyal gəmisi olan "Uçan Axilles"in meydana gəlməsinin səbəbi də məhz bu ilğımdır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR