ABŞ-dən sonra Almaniya da İsrailə hərbi yardımı dayandırmaq İSTƏYİR
17:43 / 10.05.2024
5973
ABŞ lideri Co Bayden Rəfada əməliyyata başladığına görə İsrailə hərbi yardımı dayandıracaqlarını açıqladıqdan sonra Almaniya hökuməti də bu məsələni müzakirə etməyə başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-də səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
"Hazırda bununla bağlı məsləhətləşmə aparılır. Amma qərarları açıqlamaq mənim vəzifəm deyil ", - deyən Pistorius bu məsələdə məsuliyyətin ilk növbədə Almaniya kansleri və Xarici İşlər Nazirliyinin üzərinə düşdüyünü bildirib.
Firuzə Əliyeva