"Bizi silahla qorxudub, pulları əlimizdən alırdılar"

Xalq artisti Bilal Əliyev 36 il əvvəl toylarda qarşılaşdığı hadisədən danışıb. 

 

Sfera.az xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. 

 

"1993-cü ilin iyununda vətəndaş qarşıdurması başladı. İnanın, o illərdə o qədər zülmlər çəkdik ki... Biz toylara gedə bilmirdik. O zamanlar mən və bir sıra həmkarımız çox dəbdə idik. Ən bahalı məclisləri aparırdıq. Toydan yığılan pulları ələ keçirib, bizi silahla qorxudurdular. Onlar bütün pulları alırdılar" deyə, B.Əliyev əlavə edib. 


OXŞAR XƏBƏRLƏR