Putin təsdiqlədi: Mişustin yenidən baş nazirdir

Putin təsdiqlədi: Mişustin yenidən baş nazirdir

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.


Sfera.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Bildirilir ki, Putin Mişustini Rusiya hökumətinin başçısı kimi təsdiqləyib.

 

Bu gün səhər saatlarında Mixail Mişustinin ölkə hökumətinin başçısı vəzifəsinə namizədliyi Dövlət Dumasının plenar iclasında səs çoxluğu ilə təsdiqlənib.



Heç kim onun namizədliyinin əleyhinə səs verməyib, Kommunist Partiyasının deputatları isə bitərəf qalıb..

İnci


OXŞAR XƏBƏRLƏR