Logo

Elektron ticarətdə yeni qaydalar: Qiymətlər artacaq?

Elektron ticarətdə yeni qaydalar: Qiymətlər artacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda elektron ticarətlə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər onlayn satış bazarında yeni qaydaların tətbiqini gündəmə gətirib. Yeniliklərin əsas məqsədlərindən biri elektron ticarətin rəsmiləşdirilməsi, istehlakçı hüquqlarının qorunması və satış fəaliyyətində şəffaflığın artırılmasıdır.

Bəs yeni tələblər onlayn satışla məşğul olan sahibkarların xərclərinə və nəticədə məhsulların qiymətinə necə təsir edəcək? Elektron ticarət ənənəvi mağazalarla müqayisədə daha sərfəli olaraq qalacaqmı?

Mövzu barəsində danışan iqtisadçı Günay Hüseynova Sfera.az-a bildirib ki, elektron ticarət ənənəvi satışla müqayisədə sahibkarların xərclərini əhəmiyyətli dərəcədə azalda bilir.

Onun sözlərinə görə, ənənəvi mağazalarda əsas xərclərdən biri icarə haqqı və işçilərin əməkhaqqıdır:

“Elektron ticarətdə isə satışın kiçik anbardan təşkili və məhsulların kuryer vasitəsilə çatdırılması mümkündür. Bu da sahibkarlara daha az xərc çəkməklə fəaliyyət göstərmək imkanı yaradır. Elektron ticarətin görünməyən problemlərindən biri vergidən yayınma və dələduzluq hallarının mövcudluğudur. Xüsusilə sosial şəbəkələr üzərindən qida məhsulları da daxil olmaqla müxtəlif malların satılması istehlakçı təhlükəsizliyi ilə bağlı suallar yaradır.

Satılan qida məhsulunun antisanitar şəraitdə hazırlanması və zəhərlənməyə səbəb olması halında məsuliyyət məsələsi ciddi problemə çevrilə bilər. Eyni zamanda, qüsurlu elektron məhsul alan, lakin əlində kassa çeki və alışla bağlı təsdiqedici məlumat olmayan istehlakçının hüquqlarını müdafiə etməsi də çətinləşir. Belə hallarda hüquqları tələb etmək mümkün olsa da, proses uzana bilər”.

Elektron ticarətdə yeni qaydalar: Qiymətlər artacaq?

İqtisadçı vergidən yayınmanın uzunmüddətli sosial nəticələrinə də diqqət çəkib. O bildirib ki, gəlir əldə etdiyi halda sosial sığorta ödənişləri etməyən şəxslər gələcəkdə yalnız yaşa görə pensiya ala bilərlər:

“Bu isə əmək fəaliyyəti dövründə sosial fonda mütəmadi ödəniş edən vətəndaşlarla müqayisədə sosial ədalət məsələsini gündəmə gətirir. Yeni qaydaların qiymətlərə təsirinə gəlincə, elektron ticarət ənənəvi satışla müqayisədə daha münasib olaraq qalacaq. Dəyişikliklər əsasən satışın rəsmiləşdirilməsini əhatə edəcək və bu, istehlakçı hüquqlarının qorunması baxımından zəruridir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR