Maliyyə Nazirliyi 34,4 milyon manatlıq dövlət istiqrazı yerləşdirib
Kateqoriya məlum deyil
Noyabrın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu, 1080 gün (3 il) tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Sfera.az xəbər verir ki, hərrac zamanı investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,2 milyon manat təşkil edib ki, bu da tələbin yüksək olduğunu göstərir.
Maliyyə Nazirliyinin qərarı ilə rəqabətli sifarişlər üzrə 34,4 milyon manat məbləğində dövlət istiqrazı yerləşdirilib. Hərracda istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti eyni səviyyədə – 99.3366 manat (gəlirlilik 7.25%) olaraq müəyyənləşib.
Qeyd edək ki, sözügedən istiqrazların tam ödəmə müddəti 3 noyabr 2029-cu il tarixidir./yenisabah






