Logo

Dollar kəskin bahalaşdı - RMB-dən gözlənilməz qərar

Dollar kəskin bahalaşdı - RMB-dən gözlənilməz qərar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi dolların rəsmi məzənnəsini kəskin artırıb.

Sfera.az xəbər verir ki, bu barədə tənzimləyici qurumun saytında məlumat verilib.

Noyabrın 4-ü, çərşənbə günü ABŞ valyutasının məzənnəsi 81,67 rubl təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, noyabrın 3-ü, çərşənbə axşamı dolların rəsmi məzənnəsi 80,97 rubl olub. Beləliklə, Mərkəzi Bank Rusiyada dünya ehtiyat valyutasının məzənnəsini 70 qəpik artırıb.

“BCS Mir İnvestisiy” şirkətinin analitiki Andrey Smirnov Rusiya valyutasının zəifləməsinin əsas səbəbləri sırasında dünya bazarında neftin, o cümlədən yerli “Urals” markalı neftin qiymətinin tədricən aşağı düşməsini, eləcə də vergi dövrünün başa çatması ilə əlaqədar daxili bazarda xarici valyuta təklifinin azalmasını göstərib.

Onun sözlərinə görə, qısamüddətli perspektivdə rubl-dollar cütlüyündəki vəziyyət Maliyyə Nazirliyinin valyuta alışlarının həcmindən də asılı olacaq. Analitik izah edib ki, alışların artırılması iri alıcının tələbinin yüksəlməsi hesabına dolların mövqelərini gücləndirə bilər.

“Tsifra Broker” şirkətinin analitiki Aleksandr Dudnikov qeyd edib ki, yaxın perspektivdə Rusiya valyutasının kəskin ucuzlaşacağını gözləmək lazım deyil. Mərkəzi Bankın sərt pul-kredit siyasəti rublu dəstəkləməkdə davam edəcək. Ekspertin fikrincə, yüksək uçot dərəcəsi rublla olan əmanət və depozitlərin cəlbediciliyini qoruyacaq.

Bu fonda Maliyyə Universitetinin strateji və innovativ inkişaf kafedrasının dosenti Mixail Xaçaturyan proqnozlaşdırıb ki, ilin sonuna yaxın ABŞ dollarının məzənnəsi, böyük ehtimalla, 80–85 rubl aralığında olacaq./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR