Ötən
Bakı Limanında yükaşırma 3% artıb
Cari ilin yanvar-avqust aylarında ADY-nin Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb. “Azərbaycan Dəmir Yolları”ndan Sfera.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur. Hesabar dövründə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib. 2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib.
İqtisadiyyat17.09.2026 18:40
ŞƏT-in qlobal rolu və Azərbaycanın artan mövqeyi
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən növbəti sammitində iştirak etmək üçün Qırğızıstana işgüzar səfər edib. Liderlərin sammit çərçivəsində keçirilən geniş tərkibli görüşləri və müzakirə olunacaq strateji mövzular bir daha sübut edir ki, ŞƏT müasir beynəlxalq münasibətlər sistemində sürətlə güclənən və qlobal siyasətin gedişatına birbaşa təsir göstərən əsas platformalardan birinə çevrilib. Bəs təşkilatın əhəmiyyəti nədir? Sfera.az
Siyasət01.09.2026 11:19
Azərbaycanda mərasim xərcləri niyə sürətlə artır? - SƏBƏBLƏR
Son günlər Azərbaycan əhalisinin mərasim xidmətləri üçün çəkdiyi xərclər sürətlə artır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-2025-ci illər ərzində əhalinin mərasim xərcləri 3 dəfə artaraq 63 milyon manata çatıb. Qeyd edək ki, burada mərasim xərcləri dedikdə dəfn və yas mərasiminin təşkili xərcləri nəzərdə tutulur. Beş il əvvəl əhali mərasimlər üçün 21 milyon manat pul xərcləmişdi. Bu xərclər hər il sürətlə artaraq ötən il 63 milyon manata çatıb. Yalnız 2025-ci ildə mərasim
Cəmiyyət09.07.2026 12:06
Ötən il aşkarlanan saxta diplomarın SAYI AÇIQLANDI
Ötən il 58 saxta diplom aşkarlanıb. Sfera.az “ trend.az”a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunub. "2025-ci ildə ümumilikdə 156 nəfərə (o cümlədən 108 bakalavr və 48 orta ixtisas) aid diplomların həqiqiliyinin yoxlanılması üçün Elm və Təhsil Nazirliyinə müvafiq sorğular göndərilib. Sorğulara cavab olaraq 58 nəfərə aid sənədlər üzrə uyğunsuzluqlar aşkarlanıb. Bunlardan 22 bakalavr və 36 orta ixtisas diplomu barədə məlumatın
Təhsil20.06.2026 13:42




