Neft bahalaşdı
Dünya bazarında neftin qiymətində dəyişkənlik davam edir. Noyabrın 4-də Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 103,34 dollar, ABŞ-nin WTI markalı neftinin qiyməti isə 95,56 dollar təşkil edib
Sfera.az bildirir ki, “Reuters”in məlumatına görə, “Brent” neftinin fyuçersləri 0,8 faiz bahalaşaraq 104,42 dollara, WTI markalı neft isə 0,5 faiz artaraq 96,59 dollara yüksəlib.
Bazar iştirakçıları ABŞ və İran arasında müharibənin başa çatdırılması ilə bağlı danışıqları diqqətlə izləyirlər. Qətərin vasitəçilik səyləri və tərəflər arasında diplomatik təmasların davam etməsi mümkün təchizat risklərinin azalacağına dair gözləntiləri gücləndirib. Bununla belə, Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması ilə bağlı qeyri-müəyyənlik qalır.
Neft bazarına təsir edən digər amil ABŞ-nin xam neft ehtiyatlarıdır. Məlumatlara əsasən, oktyabrın 30-da başa çatan həftədə ölkənin kommersiya neft ehtiyatları 5,27 milyon barel azalıb. Halbuki analitiklər ehtiyatların artacağını gözləyirdilər. Bu göstərici neft qiymətlərinə dəstək verən amillərdən biri hesab olunur.
Beləliklə, hazırda Yaxın Şərqdəki vəziyyət, mümkün diplomatik razılaşmalar və qlobal neft təchizatı ilə bağlı risklər qiymətlərin formalaşmasına təsir göstərir.
Fatimə
Sfera.az






