Yaşa görə müavinət artırılır?

Yaşa görə müavinət artırılır?
Kateqoriya məlum deyil
T

2026-cı ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edib. Zamanla yaşa görə müavinət alanların sayı artır. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm166,2 min nəfər olub.

Məlum olduğu kimi, ölkədə yaşa görə ödənilən sosial müavinətin məbləği 220 manatdır. Pensiya yaşına çatmasına baxmayaraq pensiya ala bilməyən, 220 manat müavinət ödənilən vətəndaşların sayının artması bu məbləğin artırılmasının vacibliyini gündəmə gətirir.

Bu istiqamətdə hansı addımlar atıla bilər?

Sfera.az bildirir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 65 yaşı tamam olan və əmək pensiyası almayan vətəndaşlarımız yaşa görə müavinətdən istifadə edirlər.

V.Bayramov xatırladıb ki, mövcud qaydalara əsasən vətəndaşlarımızın pensiya yaşı tamam olan zaman ya tələb olunan minimum kapitalın toplanması və ya 25 illik staja malik olmasına ehtiyac var ki əmək pensiyaların təyinatı həyata keçirilsin: “Təbii ki, hazırda pensiyalarla bağlı amnistiya tətbiq olunub. Belə ki, 2018-ci ilin iyulun 1-ə qədər, hətta bir manat belə pensiya kapitalı toplanmış vətəndaşlarımıza staj hədiyyə olunur. Bu da onların pensiya təminatına imkan yaradır. Bəzi vətəndaşlarımızın sosial ödənişləri qeyd edilən tarixə qədər ümumiyyətlə olmayıb və ya iş stajlarının müddəti bitib. Bu halda təbii ki onlar üçün yaşa görə müavinət müəyyənləşdirilib”.

Deputat qeyd edib ki, təklif yaşa görə müavinətin artırılması ilə bağlıdır: “Nəzərə alsaq ki, hazırda sözügedən müavinətin məbləği 220 manatdır. Bu müavinət 65 yaşı tamam olan vətəndaşlarımıza ödənilir. Bu vətəndaşlarımızın xüsusən də o yaşı nəzərə alsaq, xərcləri nisbətən çoxdur. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi üçün biz yaşa görə müavinətin məbləğinə baxılıb artırılmasını təklif edirik. Xüsusən də nəzərə alsaq ki, mövcud fiskal imkanlarımız bu istiqamətdə addımların atılması üçün yetərli hesab oluna bilər və Azərbaycan son 6 ildə 5 sosial paketin reallaşmasını həyata keçirib, yəni sosial-siyasət tədbirləri hər zaman prioritetdir. Bu konteksdən də yaşa görə müavinətin məbləğinə baxılması və artırılmasını məqsədəuyğun hesab edirik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR