təyinat
“Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC-də kadr təyinatları olub. Sfera.az bildirir ki, bununla bağlı MMC-nin İdarə Heyətinin sədr əvəzi Manaf Babayev müvafiq əmr imzalayıb. Belə ki, Sübhan Zeynalov “Azərpoçt”un Daxili audit departamentinin müdiri vəzifəsinə, Kənan Yusubov isə “Azərpoçt”un Şəbəkə inzibatçılığı şöbəsinə təyin ediliblər. Qeyd edək ki, hər iki şəxs 2022-ci ildən “Azərpoçt”da fəaliyyət göstərirlər./iqtisadiyyat.az/
Cəmiyyət20.10.2026 18:38
Azərbaycan millisində yeni təyinat
Azərbaycan Atletika Milli Komandasının məşqçilər heyəti yeni mütəxəssislə güclənib. Sfera.az xəbər verir ki, Olimpiya Oyunlarının mükafatçısı və Rusiya milli komandasının keçmiş məşqçisi Sergey Jelanov bundan sonra Azərbaycan yığmasının heyətində fəaliyyət göstərəcək. Təcrübəli mütəxəssis artıq milli komandanın təlim-məşq prosesinə cəlb olunub. O, idmançıların məşq proqramlarının təkmilləşdirilməsinə və qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsinə cavabdeh olacaq.
İdman17.09.2026 20:34
AFFA nümayəndəsi UEFA-dan təyinat aldı
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb. O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Real Betis” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq. Sfera.az xəbər verir ki, oyun sentyabrın 9-u Fransanın Lill şəhərində yerləşən “Domen de Luşen Təlim Mərkəzi” stadionunda təşkil olunacaq.
İdman08.09.2026 21:49
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı oldu
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin olunub. Sfera.az xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti Departamentının şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri təyin olunub. Məlumata görə, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə ölkəni təmsil edəcək. Xatırladaq ki, A.Pa şacanovun peşəkar fəaliyyətinin əsas hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən Mərkəzi Bankın Pul Siyasəti
İqtisadiyyat01.09.2026 20:19
Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı olub. Sfera.az xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Belə ki, Röyal Qədirli İnsan resursları və təşkilati inkişaf departamentinin müdir müavini vəzifəsinə təyin olunub. O, daha əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışıb. Xatırladaq ki, bir müddət əvvəl həmin departamentin müdiri vəzifəsinə isə Azər Musayev təyin olunub./iqtisadiyyat.az
Cəmiyyət18.08.2026 20:14
AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) iki nəfər vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib. Bundan başqa, federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb. Həmçinin, AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov da vəzifəsindən azad edilib. Millimizin sabiq üzvü 2020-ci ildən sözügedən departamentin rəhbəri
İdman18.08.2026 19:26
Yaşa görə müavinət artırılır?
2026-cı ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edib. Zamanla yaşa görə müavinət alanların sayı artır. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm166,2 min nəfər olub. Məlum olduğu kimi, ölkədə yaşa görə ödənilən sosial müavinətin məbləği 220 manatdır. Pensiya yaşına çatmasına baxmayaraq pensiya ala bilməyən, 220 manat müavinət ödənilən vətəndaşların sayının
İqtisadiyyat14.08.2026 21:03
Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ
Yeni Klinikanın direktor müavini işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib. R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı. Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub./unikal
Cəmiyyət07.08.2026 22:17
Emin Cəfərov UEFA-dan təyinat aldı
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Sfera.az xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Tbilisi şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək.
Cəmiyyət06.08.2026 14:09
Babək Quliyev Konfrans Liqası matçına təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Sfera.az xəbər verir ki, O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək "Ludoqorets" (Bolqarıstan) - "Hapoel" (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Razqrad şəhərindəki "Ludoqorets Arena"da baş tutacaq. pizza hut
İdman22.07.2026 21:31










