Logo

4 manatdan 2 manata endirildi

4 manatdan 2 manata endirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda qoyun və donuz ətinin baytarlıq nişanı ilə nişanlanmasına görə dövlət rüsumunun 2 dəfə azaldılması təklif olunur.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Hazırda qoyun və donuz ətinin (bir cəmdək), eləcə də donuz piyinin bir partiyasının baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya məhsulun nişanlanması üçün 4 manat dövlət rüsumu tutulur. Təklif olunan dəyişikliyə əsasən, bu məbləğin 2 manata endirilməsi nəzərdə tutulur.

Dəyişikliyin əsas səbəbi qoyun cəmdəyinin çəkisinin iri heyvanlarla müqayisədə daha az olması və mövcud rüsumun sahibkarlar üçün əlavə maliyyə yükü yaratmasıdır. Bildirilib ki, rüsumun azaldılması heyvan mənşəli məhsulların maya dəyərinə və satış qiymətlərinə təsirin azaldılmasına, həmçinin qanunsuz heyvan kəsiminin qarşısının alınmasına kömək edə bilər. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR