Logo

Onlara 5 illik vergi güzəşti ediləcək

Onlara 5 illik vergi güzəşti ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda gözəllik xidmətləri göstərən şəxslər üçün vergi güzəştlərinin tətbiqi təklif olunub.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, gözəllik xidmətləri göstərən şəxslərə 5 il müddətində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulub.

Bu halda nağd dövriyyə üzrə vergi dərəcəsi 8 faiz, nağdsız dövriyyə üzrə isə 6 faiz təşkil edəcək. Bundan əlavə, ƏDV ödəyicisi olan gözəllik xidmətləri göstərən şəxslərin POS-terminallar vasitəsilə nağdsız qaydada əldə etdikləri dövriyyənin 50 faizinin ƏDV tutulan ümumi dövriyyədən çıxılması təklif edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR