Logo

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ikinci əl avtomobillərin rəsmi dilerlər tərəfindən satışına yeni vergi mexanizminin tətbiqi təklif olunur.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Təklifə əsasən, istehsal tarixi 5 ildən çox olmayan və yalnız nağdsız qaydada əldə edilən ikinci əl avtomobillərin rəsmi dilerlər tərəfindən təkrar satışı zamanı 3 il müddətində ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur. Hazırda belə avtomobillərin satışı zamanı ƏDV avtomobilin tam satış dəyərinə tətbiq edilir.

Yeni mexanizmlə isə vergi yalnız dilerin avtomobilin alış və satış qiymətləri arasındakı fərqdən hesablanacaq. Dəyişikliyin əsas məqsədi rəsmi dilerlərin vergi yükünü azaltmaq, ikinci əl avtomobil bazarında qiymət artımının qarşısını almaq və rəsmi satış kanallarının rəqabət qabiliyyətini qorumaqdır. Bildirilib ki, mövcud vergi mexanizmi rəsmi dilerlər üçün əlavə yük yaradır və qeyri-rəsmi dövriyyəni stimullaşdıra bilər. Yeni qaydanın isə bazarda şəffaflığın artırılmasına və uzunmüddətli perspektivdə vergi daxilolmalarının yüksəlməsinə xidmət edəcəyi gözlənilir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR