Meksikalı pilot Bakıda ikinci qələbəsini qazandı
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "Red Bull" pilotu, meksikalı Serxio Peres olub. Sfera.az xəbər verir ki, o, 51 dövrənin tamamında rəqiblərini qabaqlayıb. İkinci yerin sahibi də "Red Bull" pilotudur. Maks Ferstappen son dövrələrə qədər komanda yoldaşını sıxışdırsa da yekunda ikinciliklə kifayətlənməli olub. Üçüncü yeri "Ferrari"dən Şarl Lekler, dördüncü yeri "Aston Martin"dən Fernando Alonso, beşinci yeri yenə də "Ferrari" komandasından Karlos Sayns tutub.