Logo

"Sabah" qalib gəldi, "Qarabağ"a yaxınlaşdı

"Sabah" qalib gəldi, "Qarabağ"a yaxınlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tur başlayıb.

Sfera.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Vüsal İsgəndərlinin vurduğu qol “Sumqayıt”a qələbə qazandırıb.

Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Sumqayıt” 8-ci pillədəki yerini möhkəmlədib. “Kəpəz” isə 29 xalla 7-cidir.

Qeyd edək ki, günün digər matçında “Sabah” öz meydanında “Şamaxı” ilə üz-üzə gələcək.

***

XXXII turun daha bir oyunu keçirilib.

"Sabah" "Şamaxı"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 7-ci dəqiqədə Aleksey Kaşuk vurub.

Xallarının sayını 74-ə çatdıran meydan sahibləri ikinci pillədə qərarlaşıb. Bölgə klubu 23 xalla 9-cu sıradadır. Lider "Qarabağ"ın isə 78 xalı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR