Logo

Şahruddin 4 ay sonra...

Şahruddin 4 ay sonra...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin yanvar ayında qolu qırılan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev tam sağalıb.

Sfera.az xəbər verir ki, millimizin də üzvü olan qolkiper Azərbaycan Premyer Liqasının 32-ci turunda bu gün “Neftçi” ilə keçiriləcək oyun üçün start heyətdə yer alıb.

“Neftçi” - “Qarabağ” matçı saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Şahruddinin yanvar ayında komandanın Antalyadakı təlim-məşq toplanışı zamanı qolu sınmışdı. Qapıçı daha sonra Almaniyada əməliyyat olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR