Kriştiano Ronaldo sevgilisi ilə fotosunu paylaşdı

Kriştiano Ronaldo sevgilisi ilə fotosunu paylaşdı

38 yaşlı portuqaliyalı futbolçu Kriştiano Ronaldo sevgilisi ilə ayrılıq şayiələri arasında şəklini paylaşıb.
 

Sfera.az bildirir ki, Ronaldo İnstaqramda ailə fotosunu yerləşdirib.
 

Çox uşaq atası Səudiyyə Ərəbistanında romantik şam yeməyi zamanı Georgina Rodriguez ilə öpüşüb.
 

Məşhur cütlük "Əl-Nasr"ın "Əl-Raid"lə əsas oyununda qol vuran Ronaldonun növbəti cəsarətli nümayişindən sonra lüks kokteyl restoranına baş çəkib.
 

Ronaldo dizayner tərəfindən xüsusi tikilmiş Gucci köynəyi və qara Givenchy beysbol papağı, 29 yaşlı Georgina isə gümüş boyunbağı ilə birləşdirdiyi qara ipək mini paltar geyinib.
 

Ronaldo şəkilə: "Sevgi üçün"-başlığı yazıb.
 

Qeyd edək ki, bu, Georginanın portuqaliyalı superulduzla münasibətlərinin pozulması fonunda olan şaiyələrdən dərhal sonra oldu.
 

Cütlük hazırda Səudiyyə Ərəbistanındadır, Ronaldo isə Dünya Çempionatı öncəsi “Mançester Yunayted”dən ayrıldıqdan sonra Əl Nəsrə köçüb.
 

Xatırladaq ki, son günlər İspaniya mətbuatında Ronaldonun Georginadan bezdiyi və cütlüyün ayrılmaq ərəfəsində ola biləcəyi ilə bağlı xəbərlər yayılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...