Neftçi- Yenidən liderliyə yüksəldi
Kateqoriya məlum deyil
Misli Premyer Liqasında X tur davam edir.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start verilib.
Rayonun eyniadlı komandası "Neftçi"ni qəbul edib.
Görüş saat 15:00-da start götürüb. Matçı FİFA referisi Tural Qurbanov idarə edib.
Matç məhsuldar alınıb. Görüşdə 5 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbəyə sevinib.
"Ağ-qaralar" bu nəticə ilə xallarının sayını 21-ə çatdırıb və yenidən liderliyə yüksəlib.






