Şahmat üzrə yeni dünya çempionu məlum oldu
Kateqoriya məlum deyil
Rusiyalı qrossmeyster Yan Nepomnyaşi şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün dördüncü oyununda çinli Din Lijenə ağ fiqurlarla məğlub olub.
Sfera.az xəbər verir ki, Astanada klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyun təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb. Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Nepomnyaşi 68-ci gedişdə təslim olub.
Din Lijen şahmat üzrə 17-ci dünya çempionu adını qazanıb. O, bu ada layiq görülən ilk Çin təmsilçisi olub.






