Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa kubokunun qalibi olub. Sfera.az xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətdə birinci yerə layiq görülüb. Bədii gimnastlarımızın çıxışı 24,700 balla qiymətləndirilib. İkinci yerə Ukrayna (24,350), üçüncü yerə isə İtaliya (24.000) layiq görülüb. Beş lentli kompozisiyada qrup komandamız beşinci (19.750)