Azərbaycan çempionatında final seriyası başlayır

İdman
17:25 / 02.05.2025
3480
Azərbaycan Basketbol Liqasında final seriyasına bu gün start veriləcək.
Sfera.az xəbər verir ki, həlledici raundda “Sabah” və “Neftçi” komandaları üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Final seriyasında 4 qalibiyyət əldə edən komanda çempion olacaq. Növbəti üç matçın 4, 6 və 8 mayda təşkili planlaşdırılır.