Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

İdman
23:41 / 01.05.2025
2395
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.
Sfera.az xəbər verir ki, komanda həlledici raundda ev sahibi kollektiv ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə ilə (2:2) yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada dəqiq olan rəqib Millətlər Liqasının qalibi olub - 3:1.
Milli isə turniri ikinci pillədə başa vurub.