“Traktor” tarix yazdı

İdman
22:16 / 02.05.2025
3368
Cənubi Azərbaycanın "Traktor" klubu tarixində ilk dəfə İran çempionu olub.
Sfera.az xəbər verir ki, “Traktor” bu gün İran Pro Liqasında növbəti oyununa çıxıb.
Turnir cədvəlinin lideri səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gəlib. Qarşılaşma “Traktor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Paralel keçirilən oyunda “Traktor”un ən yaxın izləyicisi “Sepahan” öz meydanında “Qol Qohar”a uduzub - 1:2. Beləliklə, Güney Azərbaycan təmsilçisi xallarının sayını 64-ə çatdırıb və sona 2 tur qalmış tarixində ilk dəfə çempion olub.