ÇL-də "ən yaxşı" adına namizəd onlardır

İdman
13:47 / 01.05.2025
4096
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sfera.az xəbər verir ki, bunlar Fransanın PSJ klubundan Vitinya və İtaliya “İnter”inin futbolçusu Danzel Damfrisdir.
PSJ-nin futbolçusu “Arsenal”la görüşdəki performansı ilə namizəd olub. Dumfris isə “Barselona” ilə görüşdə (3:3) 2 vurub, 1 asist edib.
Qeyd edək ki, qalib UEFA-nın saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.