Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
Kateqoriya məlum deyil
Ağsu rayonunun Ərəbuşağı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Zaman Piriyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 69 yaşlı Mirzağa Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.\\trend





